!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman bazarında nə baş verir? - “Bu, özbaşınalığı daha da artırır”

!Reklam – Yazi

“Apteklərdə – dərman bazarında – durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır. Srağagün aptekdən bir neçə dərman aldım: bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım (lazımi qədər aptekdə olmadığından) dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar. Ölkədə guya dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənirmiş, daha doğrusu təyin olunurmuş”.

Yenicag.az Yeni Sabah-a iatinadən xəbər verir ki, bunu iqtisadçı Azər Mehtiyev deyib. O, bildirib ki, dərmanların qiymətlərinin tənzimlənməsi məsələsi ortaya çıxanda dəfələrlə deyilib ki, bu, dərman bazarında vəziyyəti nəinki yaxşılaşdırmayacaq, əksinə, hətta daha da ağırlaşdıracaq.

“Hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır: zəruri dərmanların qıtlığı, bəzi dərmanların ümumiyyətlə ölkəyə gətirilməməsi, bir çoxlarının molekul tərkibində dəyişikliklər və qiymətlərin çox artması və s. kimi problemlər baş alıb gedir.

Ölkəyə dərman gətirilməsindəki inhisarı aradan qaldırmaq əvəzinə, bütün dərman bazarını 1-2 oliqarxın nəzarətinə verdilər. Amma apteklərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Ortada isə rəqabət yoxdur (topdansatış bir əldə cəmləşib).

Bu absurdun qarşısı alınmalıdır. Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir (mövcud mexanizm işləmir).

Amma daha təcili atılmalı bir addım daha var: bütün apteklərdə (istisnasız olaraq) elə kassa aparatları yerləşdirilməlidir ki, alıcılara verilən çekdə aldıqları bütün dərmanların adbaad siyahısı və qiymətləri göstərilsin (bu, hazırda iri marketlərdə tətbiq olunan sistemdir). Bu, dərman bazarının tənzimlənməsinin daha işlək və səmərəli mexanizmi olardı. Hazırda apteklərin əksəriyyətində heç normal kassa aparatları belə yoxdur. Əksər apteklərdə kartla (nağdsız) ödəniş etmək imkanları yoxdur. Bu da dərman bazarında özbaşınalığı daha da artırır. Alıcılara aldıqları dərmanların adbaad siyahısı və qiymətləri göstərilən çeklər təqdim olunması dərman bazarında nəzarət mexanizmlərinin formalaşmasınayeni imkanlar açacaq”.

www.yenicag.az

1408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv