!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman vasitələrinin və vaksinlərin istifadəsində yaranan əlavə təsirlər haqqında tətbiq yeniləndi

!Reklam – Yazi

Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin bildirilməsi və vaksinlərin istifadəsi zamanı yaranan arzuolunmaz halların bildirilməsi üçün mobil tətbiq hazırlanıb.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Artıq bu iki ayrı tətbiq vasitəsi ilə dərmanlar və vaksinlər barədə dərhal bildirişlər göndərmək mümkündür. İşlənib hazırlanmış tətbiqlərin üstünlüyü internet şəbəkəsinə qoşulmadan (off-line) bildirişi doldurmaq imkanının və Azərbaycan, rus və ingilis dilində olmasıdır.

Tətbiqlər vasitəsi ilə vətəndaşlar, tibb işçiləri (həkimlər, diş həkimləri, əczaçılar və immunizasiya proqramına cavabdeh şəxslər), pasiyentlər və pasiyent baxıcıları bildirişləri rahatlıqla Mərkəzə göndərə bilərlər. Təqdim edilən məlumatlar əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarət ediləcək.

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv