!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dərnəgül yolu"ndan istifadə edənlərə şad xəbər - Yeni tunel tikilir

!Reklam – Yazi

Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

Yenicag.az xəbər verir ki, artıq bir neçə gündür ki, sözügedən tunelin inşasına başlanılıb.

Bu barədə məlumatı saytımıza açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də təsdiqləyib. Onun sözlərinə görə, tunelin uzunluğu 655 metr, eni isə 12-13 metr olacaq.

Tunelin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Qeyd edək ki, yeni tunel inşa ediləndən sonra Ziya Bünyadov prospekti istiqamətindən gəlib, körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından enərək, hava limanı istiqamətində hərəkət etməyə ehtiyac qalmayacaq. Bu tunel nəqliyyat vasitələrini birbaşa  Heydər Əliyev prospekti ilə birləşdirəcək.

Emin Səfərov

 

COP29

www.yenicag.az

7214
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv