“Dil bilməyən özbəklər işğalçıdırlar?” – Rusiya Daşkənddən İZAH TƏLƏB EDİR

media-hightechnic-468x90

Moskva Daşkəndin Jurnalistika Universitetinin rektorunun açıqlamalarına izah tələb edir.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Daşkəndin Jurnalistika Universitetinin rektoru Şerzod Kudratxocayev özbək dilini bilməyən Özbəkistan sakinləri haqqında sərt danışıb.

Rektor onları “işğalçılar və axmaqlar” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi “yaxın vaxtlarda Özbəkistan XİN-in yüksək rütbəli məmurun iyrənc bəyanatlarına rəsmi şərh verəcəyini” gözləyir.

Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, “dost və müttəfiq Özbəkistanın əhalisinin böyük əksəriyyəti Kudratxocayevin arqumentləri ilə razı deyil”.

Qeyd edək ki, Özbəkistanda digər millətlərlə yanaşı, çoxlu sayda ruslar da yaşayır.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600