DİM-dən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına müraciət

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına müraciət edib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, xaricdə təhsil alan şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.

Qeyd edilənlərə əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarsa, DİM-ə müraciət etmələri tövsiyə olunur.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa