!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ana və qızının güllələnməsi ilə bağlı rəsmi AÇIQLAMA

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi Bakıda ana və qızının güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən Cəfərovaya və onun anası Esmira Cəfərovaya xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirillən Aytən orada ölüb, anasının vəziyyəti ağırdır.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qədimov saxlanılıb.

Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

7272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv