DİN “Pazfarm” şəbəkəsi ilə bağlı məsələni araşdırır

media-hightechnic-468x90

Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı texnobloger Fərid Pərdəşünas Feysbuk hesabında yazıb.

O, bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var.

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”, – deyə o yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, məsələdən məlumatlıdırlar və faktla araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa