!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən əməliyyat - 75 nəfər saxlanıldı

!Reklam – Yazi

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

www.yenicag.az

4427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv