!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN-dən əməliyyat - 93 həbs

!Reklam – Yazi

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, mayın 3-də törədilən 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv