DİN-dən iş adamının silahının itməsinə RƏSMİ MÜNASİBƏT

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi (DİN) “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı tüfənginin naməlum şəraitdə itməsi barədə məlumata münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a bildirilib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.

Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600