Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN: "Kəlbəliyev Binəqədi Rayon Polis İdarəsinə gətirilib"

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a daxil olan açıqlamada deyilir:

“İyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətirilib.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir

www.yenicag.az

262
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100