DİN Masallıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

media-hightechnic-468x90

dinDaxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Türkoba kəndi ərazisində baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib.

O, könüllü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gəlib və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa