!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Diplomatın tale yolu” kitabı işıq üzü gorüb – müəllifi diplomatdır

!Reklam – Yazi

“Şərq -Qərb” nəşriyyatında Azərbaycanın dəyərli ziyalılarından biri, Azərbaycanın Türkmənistanda və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalovun “Diplomatın tale yolu” kitabı işıq üzü gorüb.

Yenicag.az xəbər verir ki, bu kitab Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev məktəbinin yetirməsi, peşəkar diplomat Həsən Zeynalovun zəngin, mənalı ömür və tale yolundan bəhs edir. Naxçıvanın Bakıda Daimi nümayəndəsi, Azərbaycan Republikasının Qarsda, İstanbulda Baş konsulu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi nümayəndə, Türkmənistanda və Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri kimi səmərəli fəaliyyətini əks etdirən təkzibedilməz faktlar, rəsmi və mətbuat sənədləri, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb.

Əsər ictimai-siyasi elmlər sahəsində təhsil alan tələbə, magistrant və doktorantlara, ümumiyyətlə, vətənpərvər, millətsevər oxucular ünvanlanıb. Bu kitab Azərbaycanın görkəmli diplomatının həyat və fəaliyyətini, diplomatiya tariximizin müəyyən səhifələrini öyrənməkdə oxuculara faydalı olacaq.

www.yenicag.az

3237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv