Diplomatiyanın qələbəsi, yoxsa strateji geri çəkilmə? – ABŞ-İran sülhünün pərdəarxası

media-hightechnic-468x90

 

media-banner_tuq

“Müharibənin qazananı ABŞ oldu.”

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, ABŞ-İran münaqişəsinin nəticə etibarilə qazananı ABŞ və onun lideri Tramp oldu:

“ABŞ və İran arasında müharibəyə son qoyan atəşkəs müqaviləsi İranın nüvə silahından və uranın zənginləşdirilməsindən imtina etməsinə gətirib çıxardı. Bu anlaşma Amerikanın qalibiyyətidir. Hörmüz boğazında azad ticarət rejimi tətbiq olundu, İranın tətbiq etdiyi əlavə rüsumlar isə demək olar ki, ləğv edildi. İran iqtisadiyyatı bu müharibədə böyük zərər gördü. İranın qazancı da az olmadı: sanksiyalar ləğv ediləcək, ABŞ İranın daxili işlərinə qarışmayacaq. Bu, İranın xeyrinə olsa da, onun tam qələbə qazanmış kimi təqdim edilməsi absurddur.”

Politoloq qeyd edib ki, ABŞ rejimi dəyişə bilmədiyi üçün İran özünü qalib hesab edir. Rejimin dəyişdirilməsi Amerikanın planlarında vardı, amma buna nail ola bilmədi:

“Əslində, ABŞ bunu edə bilərdi, sadəcə uzunmüddətli müharibə tələb olunurdu ki, ABŞ da buna getmədi və ya ehtiyac duymadı. Müharibənin gedişində Tramp planı dəyişərək rejimlə əməkdaşlığa üstünlük verdi.”

M. Əsədullazadə bu müharibədə ən çox itirən tərəfin İsrail olduğunu hesab edir:

“Bu münaqişədə və indiki anlaşmada itirən tərəf İsrail oldu. İsrail döyüşdü, amma nə bu müharibədən, nə də hazırkı anlaşmadan heç nə qazanmadı.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05