DİQQƏT: Bayramla əlaqədar Bakı Metrosunda İNTRERVAL DƏYİŞİKLİYİ - AÇIQLAMA

media-hightechnic-468x90

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar metronun hərəkət cədvəlinə dəyişiklik ediləcək.

media-banner_tuq

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a bildirib ki, Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq:

“8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə qeyri-iş günü hesab edilir. Bakı metropoliteni xətlərində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkəti 2 dəfə çox olacaq. Bununla belə, ehtiyat qatarlar nəzərdə tutulacaq. Xətlər üzrə sərnişin axını diqqətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə həmin ehtiyat qatarlar xəttə buraxılacaq.

Qatarların “Nərimanov-Bakmil” və əksinə hərəkəti şənbə günləri cədvəlinə uyğun təmin ediləcək. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkət cədvəlinə dəyişiklik edilməyəcək”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05