DİQQƏT! Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

media-hightechnic-468x90

Paytaxtın İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tennis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaratmışdır.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlimatda bildirilir ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşğıda qeyd olunan qaydada təşkil edilib.

6, 88 və 88 A nömrəli müntəzəm marşrutlar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə təşkil edilib.

88 nömrəli müntəzəm marşrut “Azadlıq prospekti” metrostansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə təşkil edilib.

202 nömrəli müntəzəm marşrut “Nəriman Nərimanov ” metrostansiyası istiqamətində Süleyman Sani Axundov – Şövkət Məmmədova küçələri ilə təşkil edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600