Reklam: High Technic
hightechnic

DİQQƏT! Bu sürücülər cəzalana bilər – VİDEO

Küçə və prospektlərdə hərəkət istiqamətinin zəbt olunması yolverilməzdir. Bu, onsuz da darısqal olan paytaxt küçələrində hərəkəti daha da çətinləşdirir.

Yenicag.az xəbər verir ki, bunu ekspertlər parklanmada edilən yanlışlıqlarla bağlı açıqlamada bildirib.

Ekspert Azər Allahverənov deyib ki, bardürləri çıxararaq, abadlıq işləri görərək yolun yol infrasutrukturuna müəyyən xələl gətirirlər:

“Bu məsələdə obyekt sahibləri kimi sürücülər də məsuliyyətli olmalıdır. Çünki yaranan vəziyyətdən ən çox elə onlar əziyyət çəkir.

BDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib ki, avtomobilləri ancaq parklanma icazə verilən ərazilərdə park etmək olar:

“Parklanma yalnız icazə verilmiş ərazilər üzrə edilməlidir. Eyni zamanda sürücü ən azından park etməyi düşünürsə, digər sürücülərə mane olub-olmamasını nəzərdən keçirməlidir”.

Hazırki məqamda paytaxt küçələrində sıxlığın aradan qaldırılması ilə bağlı xüsusi layihələr hazırlanır. Bu məsələnin həlli üçün dünya praktikasından yararlanıb, yerli modellərin hazırlanmasını təklif olunur.

Ekpert Hüseyn Abdullayev qeyd edib ki, dünya təcrübəsində olan ödənişli parkinq tətbiq olmalıdır:

“İndiki sistemdən fərqli olaraq, qapalı parkinqlər küçə parkinqindən ucuz olmalıdır ki, sürücülərin diqqətini cəlb etsin”.

Ekspertlər hündürmərtəbəli avtomobil dayancaqlarının sayının artırılmalı, hərəkətin daha intensiv olan küçə və prospektlərdə inşasını vacib sayır.

www.yenicag.az

956