DİQQƏT! Qələbə paradına görə avtobusların hərəkət sxemi dəyişdirildi

media-hightechnic-468x90

Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, 8, 9 və 10 dekabr tarixlərində Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti – Azneft dairəsi-“28 May” m/st-sı, Nobel prospekti-Xətai m/st-sı – “28 May” m/st-sı istiqamətində eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Bu barədə Yenicag.az- a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda deyilir ki, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək: “Müzəffər Ordumuzun düşmən üzərində şanlı qələbəsinə həsr olunan “Zəfər Paradı”-nın yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədi ilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmalarını və əməl etmələrini xahiş edirik. Həmçinin tövsiyə edirik ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə etməyəsiniz”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600