Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİQQƏT: Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 azn olacaq. Gedişhaqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Sərnişinlərin “BakıKart”ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada post-terminallar qoyulub. Bundan əlavə, Binə südçülük sovxozu, “Mehriban qonşular” küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.

www.yenicag.az

153
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100