Diqqət!Yeni troyan virusu aşkarlanıb

media-hightechnic-468x90

f988da749e4d2fea18c6e6411f0adbd5“MX Lab” e-poçt vasitəsi ilə yayılan “my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) verilən məlumata görə, bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.

RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.

Qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600