Direktor vəzifəsindən azad edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli öz xahişi ilə tutduğu vəzifədən azad olunub.
Bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
AMEA Rəyasət Heyətinin digər qərarı ilə isə tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.
Bundan əlavə, iclasın qərarına əsasən, AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə texnika üzrə elmlər doktoru Oqtay Nüsrətov təyin edilib. Digər bir qərarla Zəhra Əzizova qurumun elmi katibi vəzifəsinə təyin olunub.