Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulunun müddəti uzadılır

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-dək uzadılıb.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +994070 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.

Qeyd edək ki, elektron sənəd qəbulunun müddətinin uzadılması ölkədəki hərbi vəziyyət və internetə çıxış imkanlarının məhdudlaşdırılması ilə bağlıdır.

Müsabiqəyə elektron sənəd qəbulu başa çatdıqdan sonra növbəti mərhələlərin keçiriləcəyi tarix barədə ətraflı məlumat veriləcək.

www.yenicag.az

208