Direktorların işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb

media-hightechnic-468x90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak etmiş, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanıb.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər 5 (beş) iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05