!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Distant, yoxsa ənənəvi təhsil..? - Sentyabrdan dərslər bu qaydada keçiriləcək - Təhsil ekspertindən İZAHAT

!Reklam – Yazi

“Əgər yeni virus kəşf edilməsə və ya kimlərsə virusu mutasiyaya uğradaraq Azərbaycan versiyasını yaratmasa, 15 sentyabrdan dərslər ənənəvi qaydada həyata keçiriləcək”.

Bu sözləri ənənəvi tədrisin bərpası ilə bağlı yayılan məlumatları dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, sentyabr ayından etibarən 2021/2022-ci il üzrə ənənəvi tədrisin başlamaması üçün hər hansısa səbəb yoxdur:

“Ölkəmizdə artıq 2 milyon nəfəri əhatə edən birinci və ikinci mərhələ üzrə vaksinasiya prosesi həyata keçirilib. Yəqin ki, iyun-avqust aylarında da 2 milyona yaxın vətəndaşa vaksin vurulacaq. Bununla yanaşı, təhsil müəssisələrində çalışan şəxslər də vaksinasiya prosesində iştirak edib. Bu halda dərslərin ənənəvi qaydada başlaması üçün əlverişli şərait yaranır. Ənənəvi tədrisin bərpa olması olduqca vacibdir. Çünki təhsilalanlar ənənəvi tədrisdən daha çox yararlanır və mövzuları mənimsəyə bilirlər”.

Elçin Əfəndi vurğulayıb ki, ənənəvi tədrisin bərpası distant təhsili məhv etməməlidir:

“Distant tədris formasını qoruyub saxlamaq önəmlidir. Eyni zamanda bu tədris forması inkişaf etdirilməlidir. Çünki qeyd olunan tədris formasından yararlanan insanların sayı az deyil. Bura ailəli, işləyən və məsafə baxımından Bakı şəhərinə gəlib gedə bilməyən şəxslər daxildir. Bununla yanaşı, qarşıdakı illərdə yenidən hansısa fövqəladə hal yaranarsa, diatant tədrisə rahatlıqla keçmək imkanlarımız olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv