!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Doğma yurda qayıtmaq üçün günləri sayırıq” - Cəbrayıllı jurnalist

!Reklam – Yazi

“Hamı deyirdi ki, icra başçısndan xahiş elə, deputata ağız aç, birinci bizi köçürsünlər”.

Bu sözləri əslən Cəbrayıl rayonundan olan Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

Tanınmış jurnalist “Böyük Qayıdış” proqramının uğurla həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, abadlıq-quruculuq işlərinə keçmiş məcburi köçkünlərin cəlb olunması müsbət haldır və prosesi bir qədər də sürətləndirəcək:

“Ötən il noyabr ayının 24-də doğma kəndimizin – Cəbrayıl rayonunun Soltanlı kəndinin təməli qoyuldu. Soltanlı camaatı bu hadisəni əsl toy-bayram kimi qeyd etdi. İnsanlar bu günü düz 30 il gözləmişdilər. Ötən hər gün bizi doğma kəndimizə daha bir addım yaxınlaşdırır.

Kəndimizin təməli qoyulduğu gün ən azı 50 nəfər zəng etdi, mesaj yazdı. Hamı deyirdi ki, icra başçısndan xahiş elə, deputata ağız aç, birinci bizi köçürsünlər. Doğma yurda qayıtmaq üçün hamılıqla günləri sayırıq”.

Seymur Verdizadə Şərqi Zəngəzura qayıdacaq köç karvanına qoşulacağı günü səbirsizliklə gözlədiyini bildirib:

“Doğma kənddə yaşamaq, işləmək ən böyük arzumdur. Şərqi Zəngəzur İqtisadi rayonunda aparılan quruculuq-abadlıq işləri bu arzumun tezliklə gerçəkləşəcəyini söyləməyə əsas verir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv