Doğuş zamanı daha bir ölüm

media-hightechnic-468x90

f-953Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində (`Respublikanski` adı ilə məşhurdur -red) qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb.

Yenicag.az xəbər verir ki, Bu barədə Azvison.az-a G.Babayevanın yaxınları məlumat veriblər.

Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb.

Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır.

Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasaq da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəmədilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa