Şəki Regional Perinatal Mərkəzində 27 yaşlı qadın doğuşdan bir gün sonra ölüb.
Yenicag.az Baku TV-yə istinadən məlumat verir ki, mərhumun həyat yoldaşı Tural Nəsibovun iddiasına görə, qadının ölümünə səbəb həkim səhlənkarlığı olub.
“Fevralın 14-ü həyat yoldaşım doğuş etdi. Həkim hər ikisinin vəziyyətinin yaxşı olduğunu dedi. Anam evə gələn kimi zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır. Gedib gördüm ki, yoldaşım ölüb. Həkimdən səbəbini soruşanda dedilər ki, trombdan ölüb. Meyitxanada yardılar, ekspertlər trombdan ölmədiyini söylədilər. Ürəyi, hər şeyi sağlam idi, heç bir problemi yox idi. Balamın yanına gedəndə ona yaxınlaşa bilmirəm, yad adamlar kimi baxıb çıxıb gəlirəm. Üç balamı yetim qoydu, körpəmi qucağıma ala bilmirəm. Qəsdən etdilər, 10 dəqiqənin içində yoldaşımın ölümünə səbəb oldular”.
Səslənən iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bunu hüquq-mühafizə orqanları qiymətləndirə bilər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
www.yenicag.az