Dollar kəskin ucuzlaşır – Trampın qələbəsinə görə

media-hightechnic-468x90

ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd Donald Trampın qalib gəlməsi dolların kəskin ucuzlaşmasına səbəb olub.

AzVision.az xəbər verir ki, birjalarda avronun ABŞ dollarına nisbətdə məzənnəsi 2,2% yüksələrək 1,1270 ABŞ dollarına çatıb.

Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.

Trampın qələbəsi bazarlarda qeyri-sabitlik yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.

Bundan fərqli olaraq, Meksika pesosu, Kanada, Avstraliya və Yeni Zelandiya dolları ABŞ dolları ilə müqayisədə dəyərdən düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600