"Mahnımı heç kim oxumasın" deyən müğənnilərə bəstəkardan CAVAB

media-hightechnic-468x90

“Bəzən yaşlı müğənnilər deyir ki, mənim mahnımı heç kim oxumasın”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov “İncəSəhər” verilişində deyib.

Sənətkar öz mahnılarının başqaları tərəfindən ifa olunmasına qadağa qoyan yaşlı müğənniləri qınayıb:

“Mahnılar oxunmaq üçün yazılır. Bəzən yaşlı müğənnilər bildirirlər ki, onların mahnılarını heç kim oxumamalıdır. Bəs Rəşid Behbudov yoxdursa, indi heç kim onun repertuarına müraciət etməməlidir? Və ya Müslüm Maqomayevin mahnılarını kimsə oxumamalıdır? Mahnı yaşasın deyə, hər ifaçı onu öz tərzinə uyğun aranjiman etdirib oxumalıdır. Xalq mahnılarımız da vaxtilə kimlərsə tərəfindən ifa olunub və bu günümüzə qədər gəlib çatıb”.

Bəstəkar həmkarına və ifaçılara tövsiyə edib:

“Bəstəkarlara məsləhətim budur: çalışın elə mahnılar yazın ki, yaddaşlarda qalsın. Heç bəzən müəllifin adı çəkilməsə belə, mahnı yaşamağa davam edir. İfaçılar da həmin əsərləri seçib, öz səs diapazonlarına uyğun şəkildə tamaşaçılara təqdim etməlidirlər”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05