Xorvatiyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
Bu gün Xorvatiyanın İstriya bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Yenicag.az bildirir ki, Xorvatiyanın dövlət xəbər agentliyi – HINA-nın polisə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfərin axtarışı isə davam edir.
Təyyarənin Almaniyadan havaya qalxdığı bildirilir.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.












