Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.












