Donetsk hava linamı faktiki olaraq dağıdılıb, Ukrayna Silahlı Qüvvələri və separatçılar hazırda hava limanı yolu uğrunda gedir.
Yenicag.az aznews-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik-informasiya mərkəzinin sədr müavini Vladimir Polevoy deyib.
O, Ukrayna ordusu yanvarın 18-dən etibarən Donetskdə xüsusi əməliyyat keçirdiyini bildirib.
“Hava limanının yeni və köhnə terminalı – onları bir-birindən ayırmaq çətindir, hər ikisi dağılıb. Köhnə terminal terrorçuların nəzarətindədir. Yeni terminalda isə Ukrayna əsgərləri mövqe tutub. Əməliyyatın çətinliyi ondadır ki, mövqelər arasında açıq məsafədir və döyüş aeroport yolu uğrunda gedir. Döyüş və aktiv əməliyyat davam edir. Yalnız onu deyə bilərəm ki, Donetsk aeroportu ümumilikdə nəzarətimizdədir”, – Polevoy deyib.
www.yenicag.az