!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu anım günündə Əməkdar artisti YAD ETDİ: “Sənətinə çox vurğun, pozitiv, həyatsevər bir insan...”

!Reklam – Yazi

“Unudulmaz aktyor olan Elçinin yeri teatrda hər zaman görünür”.

Bu sözləri anım günü olan Əməkdar artist Elçin Həmidov haqqında danışan aktrsia Ülviyyə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa sənət dostunu gözəl aktyor olmaqla bərabər, həm də bir insan kimi dəyərləndirib:

“Sevilən aktyor idi, səhnədə və kinoda yaratdığı obrazları ilə hər zaman tamaşaçı sevgisi qazanıb. Elçin sənətinə çox vurğun, pozitiv, zarafatcıl, həyatsevər bir insan idi. Ruhu şad olsun.

Həmişə soruşurdum Elçin, necəsiniz? Deyirdi, sənə nə var ağez, həkim-zadsan? Salamlaşmağımız belə olurdu. Deyirdik, Elçin müəllim, gəlin qalxaq bufetdə yemək yeyək. Deyirdi, çox sağ ol, səhər-səhər uşaqlarımın anası yemək hazırlamışdı, o küftəni ləzzətlə yeyib gəlmişəm.

Öz-özü üçün xəyallar qururdu. Hamı bilir ki, onun ailəsi, uşağı yox idi. Həmişə də danışanda deyirdi ki, uşaqlarımın anası belə etdi, uşaqlarımın anası bunu bişirdi… Çox səliqəli, təmizkar insan idi.

Deyilənə görə, mükəmməl əl qabiliyyəti də var idi və gözəl yeməklər bişirirdi. Ölüm xəbəri ilə hamımızı sarsıtdı. İllər keçsə də, onun yeri teatrda hər zaman görünür. Çünki Elçin unudulmayan aktyorlardandır”.

Cəvahir

COP29

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv