Dövlət Baxçalı SEDAT PEKERƏ TƏPİNDİ: "Heç kim Soylunun boynuna xalta keçirə bilməyəcək"

media-hightechnic-468x90

“Hər kəs ağzından çıxan sözlərə diqqət etmək məcburiyyətindədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyanın fraksiya toplantısındakı çıxışı zamanı mafiya lideri Sedat Pekerin ölkənin Daxili işlər naziri Süleyman Soylu haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Dövlət Baxçalı Süleyman Soylunun yalnız olmadığını vurğulayıb:

“Heç kim Türkiyə Cümhuriyyətinin Daxili işlər nazirinin boynuna xalta keçirə bilməyəcək, buna heç bir alçağın gücü və nəfəsi yetməyəcək. Məsələ dövlətimizin ləyaqəti məsələsidir. Hər kəs ağzından çıxan sözlərə diqqət etmək məcburiyyətindədir. Türkiyənin gündəmi videolarla əsir götürülə bilməz, sosial media böhtanları ilə ələ keçirilə bilməz. Daxili işlər naziri Soylu yalnız deyil”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600