Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət Baxçalıdan ANLAMLI TƏMKİN: MHP lideri Şuşa məktəbi haqqında danışmadı

Reklam: High Technic

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyanın fraksiya toplantısında çıxış edib.

Yenicag.az xəbər verir ki, MHP lideri toplantıdakı çıxışı zamanı daxili və xarici siyasətlə bağlı bir çox məsələlərə toxunub, kəskin fikirlər səsləndirib.

Maraqlısı isə budur ki, Dövlət Baxçalı 40 dəqiqəlik çıxışı zamanı Şuşada məktəb tikdirilməsilə bağlı son baş verən olaya münasibət bildirməyib.

Xatırladaq ki, Baxçalı rəsmi “Twitter” hesabından Azərbaycan rəhbərliyinin layihəni qəbul etmədiyini bildirərək bu fikirlərindən daşındığını vurğulamışdı. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev isə məsələ ilə bağlı anlaşılmazlığın yarandığını və layihənin icra ediləcəyini qeyd etmişdi.

www.yenicag.az

564
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100