!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dövlət büdcəsini vətəndaşların hesabına doldurmaq düzgün deyil” – Araz Əlizadədən ETİRAZ

!Reklam – Yazi

“Onsuz enerji daşıyıcılarının qiymətinin artırılması və başqa məhsulların bahalaşması ilə əlaqədar büdcəyə pullar daxil olur”.

Bu fikirləri “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər əsasında çox sayda dövlət rüsumunun məbləğinin artırılmasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

ASDP sədrinin sözlərinə görə, mövcud bahalaşma dalğasında vətəndaşları əlavə xərcə salmaq düzgün addım deyil:

“Dövlət büdcəsinin xərcləri artır, Qarabağda quruculuq işləri genişləndirilir və buna görə də əlavə pullar lazımdır. Əlbəttə, bu pullar əhalidən çıxarılmamalıdır. Mən düşünmürəm ki, bu, düzgün yoldur.

Onsuz da enerji daşıyıcılarının qiymətinin artırılması və başqa məhsulların bahalaşması ilə əlaqədar büdcəyə pullar daxil olur. Bu baxımdan, əhalidən əlavə pulların çıxılması doğru deyil”.

A.Zeynalov

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv