Dövlət Fondu 2-ci qrant müsabiqəsi elan edib

media-hightechnic-468x90

thumb_rabite_nazirliyi_040414_838Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusu üzrə qrant müsabiqəsi elan edib.

media-banner_tuq

Nazirlikdən  verilən məlumata görə, müsabiqədə Azərbaycanın vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər.

Layihələrin qəbulu 15 oktyabr 2014-cü il tarixdən başlayır və 15 noyabr 2014-cü il tarixdə başa çatır. (salamnews.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05