Dövlət Məşğulluq Agentliyinin şöbə müdirinə xəsarət yetirən şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.
Yenicag.az xəbər verir ki, Agentliyin Mil-Muğan Regional Məşğulluq filialının şöbə müdiri Musazadə Rəşad Nadir oğluna xəsarət yetirən, Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən Qəhrəmanov Əli Əli oğlu Saatlı Rayon Məhkəməsinin hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum edilib.
Cəzadan narazı qalan Ə.Qəhrəmanov apellyasiya şikayəti versə də, hökm qüvvəsində saxlanılıb. Qeyd edək ki, mart ayının 13-də hakim Nazim Mövsümovun sədrliyi ilə Ə.Qəhrəmanovun kassasiya şikayətinə baxılacaq.
Qeyd edək ki, Rəşad Musazadə “Unikal”a faktı təsdiq edərək bildirib ki, hadisə Saatlı rayonunda yaşayan sakin tərəfindən törədilib. O, xəsarət aldığı üçün polisə şikayət edib./unikal
www.yenicag.az