Dövlət qurumları vətəndaşı niyə eşitmir? – Qanun nə deyir? - VİDEO

media-hightechnic-468x90

Dövlət qurumlarının vətəndaş müraciətlərinə vaxtında cavab verməməsi halları zaman-zaman narazılıqlara səbəb olur. Xüsusilə qaynar xətlərin cavabsız qalması və yazılı müraciətlərin uzun müddət baxılmadan saxlanılması vətəndaşların haqlı suallarını artırır.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, dövlət qurumları vətəndaşlara xidmət göstərən strukturlar olduğundan müraciətlərin araşdırılması onların birbaşa vəzifəsidir.

Onun sözlərinə görə, bu məsələ “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Dövlət qurumlarının əsasnamələrində də qeyd olunub ki, onlar vətəndaşlara xidmət qurumlarıdır və daxil olan şikayət və müraciətlərin araşdırılması mütləq şərtdir. Qanuna əsasən, vətəndaşların yazılı müraciətlərinə 15 iş günü ərzində baxılmalıdır. Əlavə araşdırma tələb olunarsa, bu müddət 30 iş gününə qədər uzadıla bilər. Lakin qanunda təxirəsalınmaz hallar üçün daha qısa müddətlər də nəzərdə tutulub”.

Hüquqşünas qeyd edib ki, qaynar xətlərin fəaliyyəti üçün dövlət büdcəsindən vəsait ayrılır və bu vəsaitlər vətəndaşların ödədiyi vergilər hesabına formalaşır:

“Dövlət qurumlarının fəaliyyəti bilavasitə vətəndaşların əməkhaqlarından tutulan vergilər hesabına maliyyələşir. Bu səbəbdən də həmin qurumlar qarşısında ictimai hesabatlılıq və vətəndaşa cavabdehlik öhdəliyi mövcuddur”.

Ramil Süleymanov vurğulayıb ki, bu cür hallara görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün inzibati tənbeh tədbirləri müəyyən edilib.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05