Dövlət qurumlarına qarşı kiberhücumların qarşısı alındı
Üç rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 650 kiberhücum indikatoru müəyyən edilmişdir. Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınmışdır.
Bu barədə Yenicag.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilir ki, bu kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunmuşdur.