!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qurumlarının mətbuat xidmətlərinə İRAD: “Fatmanisə nənə nə bilsin...”

!Reklam – Yazi

“Media Agentliyi dövlət qurumlarının mətbuat xidmətləri ilə maarifləndirmə işi aparmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən təşkil olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı tədbirdə çıxış edən media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu gün televiziyalar Azərbaycan dilinin terminologiyasının anasını ağlar qoyub.

“Misal üçün tədbirə “start verildi” ifadəsindən istifadə. Bu nə deməkdir? Nə üçün xarici sözlərdən istifadə olunmalıdır? Yaxud ləğv olunmaq əvəzinə, elminasiya sözü niyə işlənsin? Dağ başında yaşayan Fatmanisə nənə nə bilsin, eliminasiya nədir? Ana dilimiz bugünkü gün ayaqlar altında can verir”, – deyə o qeyd edib.

A.Həsrət əlavə edib ki, dövlət qurumlarının mətbuat xidmətlərinin mediaya təqdim etdiyi xəbərlərdə də müəyyən mənfi hallar müşahidə olunur.

“Media Agentliyi dövlət qurumlarının mətbuat xidmətləri ilə maarifləndirmə işi aparmalıdır”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

89
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv