Dövlət sərhədini pozan erməni diversantlara hökm oxundu

media-hightechnic-468x90

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və erməni hərbçilər son söz deyiblər.

Daha sonra məhkəmə hökmü elan edib.

Məhkəmənin hökmü ilə onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600