Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dövlət Turizm Agentliyindən xaricə gedənlərə XƏBƏRDARLIQ

Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar.

www.yenicag.az

433
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100