!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Döyüşlərin vəd etdiyi PERSPEKTİV: “Bu müharibə “Pirr qələbəsi” kimi sona çata bilər”

!Reklam – Yazi

“Medvedevin dediyi fikirlər Rusiyanın sona qədər döyüşəcəyindən xəbər verir”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynanın Kurska hücumundan sonra “düşmən tamamilə məğlub olana qədər” danışıqlardan söhbət gedə bilməz” bəyanatını şərh edən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, artıq müharibənin durğunluq yaşadığı dövrdür.

“Düzdür, həm Ukrayna, həm də Rusiya qarşı tərəfin ərazisinə girib müəyyən qədər irəliləyə bilir. Lakin bu, elə də böyük miqyas təşkil etmir.

Ukraynanın hazırda tutduğu yer Rusiyanın nəzarətə götürdüyü ərazilərin yüzdə birinə bərabərdir. Ancaq məsələnin vacib hissəsi Rusiya ərazisində müharibənin hiss olunmasından ibarətdir.

Medvedevin dediyi fikirlər Rusiyanın sona qədər döyüşəcəyindən xəbər verir. Amma reallığın nədən ibarət olduğu sual altındadır. Çünki artıq Rusiyanın bu müharibədə təkbaşına hərbi texnika, canlı qüvvə istifadə etməsi asan məsələ deyil. Ukrayna isə Qərbdən aldığı silah-sursat hesabına döyüşü davam etdirir.

Moskva sona qədər gedə bilməsi üçün silah-sursat almalıdır. Bu silahları ya İran, ya Çin, ya da Şimali Koreyadan ala bilər. Vəsaitin müharibəyə xərclənməsi əhalinin sosial rifahına təsir edəcək. Sona qədər döyüşün davam etdirilməsi ehtimalı aşağıdır. Bu müharibə “Pirr qələbəsi” kimi sona çata bilər. Yəni hər iki tərəf özünü qalib elan edə, heç bir tərəf isə qalib ola bilməz. Qalib tərəf yalnız münaqişəni alovlandıran Qərbdir,” – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv