!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DSMF-nin xərcləri 7,6 faiz artdı

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2022-ci ilin 10 ayında proqnozla müqayisədə 3,2 faiz və ya 146 mln. manat çox olmaqla 4 mlrd. 727 mln. manat təşkil edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib.

Bu daxilolmalar yanvar-oktyabr aylarında proqnoza nisbətən 4,1 faiz və ya 144 mln. manat artaraq 3 mlrd. 688 mln. manat olub.

Bu ilin yanvar-oktyabr aylarında DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz və ya 308 mln. manat artaraq 4 mlrd. 363 mln. manata çatıb.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv