!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dubayda on günlük matəm elan edildi

!Adviad

Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.

Yenicag.az “Reuters”a istinadla xəbər verir ki, o, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub.

75 yaşlı şeyx Həmdanın xeyli müddət idi ki, xəstə olduğu və oktyabr ayında xarici ölkələrin birində əməliyyat keçirdiyi bildirilib.

Mərhum ötən əsrin 80-ci illərində Britaniyada ilk yarış atçılıq mərkəzi “Shadwell Racing”in əsasını qoyub. Bu sahədə ixtisaslaşan şeyx əsl “atçılıq imperiyası” yaradıb.

Onun ölümü ilə əlaqədar martın 25-dən etibarən Dubayda on günlük matəm elan edilib.

www.yenicag.az

433
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100