!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dublyaj sadəcə tərcümə deyil... - Xəzər Media Mərkəzinin studiyasından maraqlı VİDEO

!Reklam – Yazi

Dublyaj olunmuş filmi izləyərkən onun tərcümə olunmasına sərf olunan əməyi və zamanı ağlımıza gətirmirik. Əslində, keyfiyyətli dublyaj uğurun böyük hissəsidir. Kadrarxasında çalışanlar ön planda olan aktyorlardan az əmək sərf etmirlər.

Mütəxəssislərin fikrincə məhz Xəzər Media Mərkəzinin dublyaj studiyası digərlərindən ciddi fərqlənir.  Xəzər Media Mərkəzinin dublyaj şöbəsi fəaliyyətdə olduğu dövr ərzində dünya  kinematoqrafiyasının istehsalı olan 800 bədii film, 200 cizgi filmi, 20 serialı dublyaj edərək Xəzər TV auditoriyasının ixtiyarına verib.

Dublyaj bölməsində 15 əməkdaş, 40-a yaxın aktyor heyəti fəaliyyət göstərir.

Dublyajda ən çətin məqamlardan biri də lipsinq – sinxron dodaq hərəkətidir, yəni tərcümə edilən sözlər dodaq quruluşuna görə orjinalda səslənən sözə oxşar olmalıdır.

Aktyor Rəhim Rəhimovun dediyi kimi, dublyajda texnika və bacarıq zəruridir.

Burada tək məlahətli səs kifayət deyil, aktyorun intonasiya və hisslərini izləyiciyə düzgün şəkildə çatdırmaq vacibdir.

Dublyaj bölməsinin rəhbəri İbrahim Qurbanov vurğulayıb ki, dublyajda çalışanlar istedadlı aktyorlar olmalıdırlar: “Məsələn, ingilis dilində hansısa bir səhnədə üç sözdən ibarət bir ifadə var. Biz onu maksimum dərəcədə eynisini orijinala yaxın tərcümə edir, üç sözlə  ifadə etməyə çalışırıq. İstəyimiz  artikulyasiyaya uyğunluğu təmin etməkdir.  Oradakı söz harada başlayıb harada bitibsə eyni şəkildə Azərbaycan dilində də orada başlasın və həmin duyğu ilə orada da bitsin”.

Xalq artisti Sabir Məmmədov onun sözünə qüvvət verərək deyir ki, biz obraza yaxın o hissləri, emosiyaları tamaşaçıya mütləq şəkildə öz ana dilimizdə çatdırmalıyıq:  “Studiyamız texniki baxımdan yaxşı təchiz olunub. Çox sevinirəm ki,  peşəkar səviyyədə dublyajın həyata keçirilməsi üçün Xəzər Media Mərkəzi tərəfindən bizə belə bir şərait yaradılıb”.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv