!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Duet ortaqları sevgili olur”, deyən Mənzurəyə Samirədən CAVAB: “Onda sən özün də…” - QALMAQAL

!Reklam – Yazi

Müğənni Mənzurə Musayevanın bir müddət öncə səsləndirdiyi “Duet ortaqları sevgili olur, eşq yaşayır” sözləri yenidən şou aləmi bir-birinə vurub. 

Yenicag.az-a açıqlama verən Samirə Yusifqızı həmkarına belə cavab verib:

“Mən bu fikirlə razılaşmıram. Yalnız duet ortağı deyil, kiminlə işbirliyin varsa, o insanla başqa münasibət yaşamaq düzgün deyil. Çünki o halda, iş getməyəcək. Qısqanclıqlar, başqa-başqa söz-söhbətlər başlayacaq. Azərbaycanda duet ortaqları içərisində rəhmətlik Eyvaz Həsənovla Təranə Vəlizadənin ər-arvad olduğunu bilirdim. O birilərin heç birinin yaxın münasibətlərini görməmişəm. Mənzurə xanım özü də vaxtilə kimlərləsə duet oxuyub, onda belə çıxır ki, onların hamısı ilə sevgili olub? Amma mənim tanıdığım insanların heç birinin sevgi münasibətləri olmayıb. Özüm də neçə illərdir  Oqtayla duet ortağıyıq, amma ikimizin də bir-birimizə qarşı yalnız həmkar münasibətimiz var. Həmçinin də bir çox duet ortaqları…

Duet ortaqları mütləq yaxın münasibətdə olmalıdır? Başa düşmədim, niyə? Belə şeylər danışmaq lazım deyil”.

Qeyd edək ki, Mənzurə Musayevanın  “Duet ortaqları sevgili olur, eşq yaşayır” sözləri əməkdar artist Cavanşir Məmmədovu özündən çıxarmış,müğənni, meyxanaçı Samirə Yusifqızı da Mənzurənin cavabını vermişdi.

Cəvahir

www.yenicag.az

966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv