!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya aclıq dönəminə QƏDƏM QOYUR: Azərbaycanda da qıtlıq yaşanacaq? - AÇIQLAMA

!Reklam – Yazi

BMT-nin Baş katibi Antoniu Quterreş bildirib ki, Ukraynada davam edən müharibə dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət almasına səbəb olacaq. Bu vəziyyət, xüsusən də buğda idxalından asılı olan ölkələr üçün mənfi təsirlərə səbəb ola bilər. Belə ölkələrdən biri isə Azərbaycandır.

Ölkə daxilində buğda və digər strateji ərzaq ehtiyatlarının həcmini artırmaq üçün atılması zəruri olan addımlarla bağlı iqtisadçı Eyyub Kərimli öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, bu gün davam edən Rusiya-Ukrayna müharibəsi fonunda dünyanda iqtisadi problemləri üzə çıxıb:

“Bu, əsasən, ərzaq sahəsində özünü daha çox büruzə verir. Belə ki, Rusiya və Ukrayna dünyanın buğda təminatının 30 faizini təşkil edir. Bunun 19 faizi Rusiyanın payına düşür. Bəlli proseslərə görə bu gün Ukraynada buğda ixracı məhdudlaşdırılıb, Rusiya isə müvəqqəti olaraq buğda ixracatını dayandırıb. Bu isə dünyada ərzaq qıtlığı ilə yanaşı, ərzaq qiymətlərinin bahalaşmasına səbəb olur. Bu gün Rusiyanın buğda satdığı bazarlara Hindistan, Cənubi Amerika, Avstraliya kimi dövlətlər buğda ilə bağlı təkliflər edirdilər. Artıq bu ölkələr də müəyyən məhdudiyyətlər qoyublar. Çünki buğda ixracatçıları vəziyyətdən sui-istifadə edərək qiymətləri artımaqla yüksək gəlir əldə etməyə çalışırlar. Əlbəttə ki, bu vəziyyət az inkişaf etmiş üçüncü dövlətlərin iqtisadiyyatına mənfi təsir edə bilər. Digər tərəfdən buğda ixracının azalmasının bir səbəbi iqlim şəraiti ilə bağlıdır. Bu ərəfələrdə Amerikada, Avstraliyada buğda yığımı azalıb. Mövcud vəziyyətdə dünya bazarında buğdanın qiyməti 400 dolları keçir. Bu, arzuolunan hal deyil”.

Eyyub Kərimli qeyd edib ki, Azərbaycanın idxal etdiyi buğdanın 60-70 faizi Rusiya və digər dövlətlərdən gəlir. Ona görə də buğda ixracatının azalması ölkəmizə müəyyən dərəcədə təsir edəcək:

“Bu vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən digər ölkələrlə alternativ buğda təminatı kanalları yaradılmalıdır. Eyni zamanda, daxili istehsalı daha da genişləndirmək və kənd təsərrüfatı sahəsini, əsasən, buğdayönümlü etmək vacibdir. Ümumilikdə, Azərbaycanda aclığın yaranması gözlənilmir. Ölkənin maliyyə potensialı yetərincə böyükdür. Sadəcə olaraq un və un məmulatlarının, çörəyin qiymətində müəyyən bahalaşma baş verə bilər. Hazırda aclıqla bağlı ajiotaj pandemiya dövründə də yaşanmışdı. Onda vəziyyət daha kritik idi. Dövlət olaraq həmin çətin prosesdən rahatlıqla çıxmağımız bizə stimul verməlidir. İnanmalıyıq ki, dövlət hansısa formada ölkəni buğda və unla təmin edəcək. Bir müddətdən sonra Rusiya da leqal və ya qeyri-leqal yolla buğda satışını həyata keçirəcək. Çünki Rusiyanın məhdudiyyəti dost olduğu ölkələrə şamil olmayıb”.

Gülşən Şərif

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv