Dünya bazarında neftin qiyməti cüzi artdı

media-hightechnic-468x90

Dünya bazarında neftin qiyməti 0,65 % bahalaşıb.

Yenicag.az “İnterfaks”a istinadən xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçersləri 84,73 ABŞ dollarına satılıb. “WTI” markalı neftin may fyuçerslərinin qiyməti isə 0,74 % artaraq 1 bareli 80,33 ABŞ dolları təşkil edib.

Bu həftə bazarın diqqəti OPEC, Beynəlxalq Enerji Agentliyi (BEA) və ABŞ Energetika Nazirliyinin hesabatlarının dərcinə yönəlib.

Bundan əlavə, ABŞ-da inflyasiya ilə bağlı mart ayı üzrə məlumatların açıqlanması gözlənilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa